Samirra ziyarətgahı

Samirra iki imamın dəfn olunduğu şəhər

Samirra şəhəri böyük imamın-İmam Əli ən-Nəqi (ə),(İmam Hadinin) və İmam Zaman (ə)-ın atası olan İmam Həsən Əskəri (ə)-ın dəfn olunduğu şəhərdir.Samirra iki nurlu imamın başına fırlanan və onların müqəddəs nurlarından sirab olan və bəhrələnən şiələrin pənah yeridir.

Sərdab

Sərdab üç imamın- İmam zaman (ə)-ın,atasının və babasının ibadət etdikləri və gecələdikləri yerdir.İlahi övliyalar və vilayət aşiqləri bu müqəddəs məkanda İmam Zaman (ə)-ı ziyarət edirdilər.Buranın müqəddəs ziyarətgahlar içində xüsusi yeri var.Sərdab İmam Həsən Əskəri (ə)-ın səhninin şimal tərəfində yerləşir.Əvvəllər buraya qiblə tərindən və sünnilərin məscidindən qapı açılırdı,sonradan isə onu bağlayıb şimal tərəfdən bir qapı açdılar.

İmam Zaman (ə) hicrətin 225-ci ilində Samirra şəhərində dünyaya göz açmışdır.Bəziləri onun 256-cı ildə doğulduğunu yazırlar : “Düşmənlər İmam Həsən Əskəri (ə)-ı izləyirdilər.Həzrət həyatda ikən onun oğlu Məhdi (ə)-dan xəbərdar olmadıqlarına görə dünyadan köçəndən sonra oğlunun adı dillər əzbəri oldu.Abbasi xəlifəsi olan Mötədim bir dəstə adamı həzrətin evinə göndərdi ki,onun əl-qolunu bağlayıb gətirsinlər.Onlar gəlib həzrəti sərdabda gördülər.Bəziləri sərdaba girdilər,amma gördülər ki,ora su ilə doludur.Həzrət isə suyun üzərindəki bir həsirin üzərində əyləşib.Əsgərlərdən biri cürət edib İmam (ə)-a yaxınlaşmaq istədi,amma ayağını suyun üzərinə qoyduqda batdı,o birilər çəkib onu çıxartdı.O İmam (ə)-dan üzrxahlıq etsə də Həzrət ona fikir vermədi və gözlərdən qeyb oldu.”

Məhəllati özünün “Samirra şəhəri” adlı kitabında bu tarixçəyə etiraz edib,onu şiə üçün bir tənə hesab etsə də,hər halda sərdab üç imamın orada ibadət etməsinə görə bir müqəddəs yerdir.Və yaxşı olar ki,zəvvarlar bu pak,müqəddəs və nurani məkanı da ziyarət etsinlər.Qələbə səhəri açılacaq və İmam Zaman (ə)-ın Məkkədə “Həcərul-əsvəd”lə İbrahim Xəlil məqamı arasında ziyarət edəcəyik,intizar çəkən gözlərimiz o həzrətin camalı ilə işıqlanacaq.

İmam Əsr (ə)-ın Sərdabında oxunan ziyarətnamə

Bismillahir-rəhmanir-rəhim.La li əmrihi təqilun və la min ovliyaihi təqbəlun.Hikmətun baliğətun fə ma tuğnin-nuzur.Əssəlamu əleynavə əla ibadil-lahis-salihin.

Nə özləri onun (Allahın) əmrində fikirləşirlər,nə də onun dostlarından qəbul edirlər.Çox dolğun hikmətdir,amma qorxudanlar da yetmir.Həm bizə,həm də Allahın saleh bəndələrinə salam olsun !

Bizim vasitəmizlə Allaha və bizə tərəf yönəlmək istədikdə Allahın dediyi şəkildə deyin :

Səlamun Əla yasin.Əssəlamu əleykə ya daiyəllah və rəbbaniyyə ayatihi.Əssəlamu əleykə ya babəllahi və dəyyanə dinihi.Əssəlamu əleykə ya xəlifətəllah və nasirə həqqihi.Əssəlamu əleykə ya hüccətəllah və dəlilə iradətihi.Əssəlamu əleykə ya taliyə kitabillah və tərcümanəhu.Əssəlamu əleykə fi anai leylikə və ətrafi nəharikə.Əssəlamu əleykə ya bəqiyyətəllahi fi ərzihi.əssəlamu əleykə ya miysaqəllahil-ləzi əxəzəhu və kəddəhu.Əssəlamu əleykə ya vədəllahil-ləzi zəminəhu.Əssəlamu əleykə əyyuhəl-ələmul-mənsub vəl-elmul-məsbub vəl-ğovsu vər-rəhmətuh-vasiə vədən ğeyrə məkzubin.Əssəlamu əleykə hiynə təqumu.Əssəlamu əleykə hiynə təqrəu və tübəyyinu.Əssalamu əleykə hiynə tusəlli və təqnutu.Əssəlamu əleykə hiynə tərkəu və təscudu.Əssəlamu əleykə hiynə tuhəllilu və təkəbbiru.Əssəlamu əleykə hiynə təhmədu və təstəğfiru.Əssəlamu əleykə hiynə tusbihu və tumsi.Əssəlamu əleykə fil-leyli iza yəğşa vən-nəhari iza təcəlla.Əssəlamu əleykə əyyuhəl-müqəddəmul-məmul.Əssəlamu əleykə bi cəvamiis-səlam.Uşhidukə ya mövlayə ənni əşhədu ən la ilahə illəllahu vəhdəhu la şərikə ləhu və ənnə Muhəmmədən əbduhu və rəsuluhu la həbibə illə huvə və əhluhu.Və uşhidukə ya mövlayə ənnə Əmirəl-muminin hüccətuhu vəl-Həsənə hüccətuhu vəl-Hüseynə və Əli ibn Hüseyn hüccətuhu və Muhəmməd ibn Əli hüccətuhu və Cəfər ibn Muhəmməd hüccətuhu və Musa ibn Cəfər hüccətuhu və Əli ibn Musa hüccətuhu və Muhəmməd ibn Əli hüccətuhu və Əli ibn Muhəmməd hüccətuhu və Həsən ibn əli hüccətuhu və əşhədu ənnəkə hüccətullah.Əntumul-əvvəlu vəl-axiru və ənnə rəcətəkum həqqun la reybə fiyha yovmə la yənfəu nəfsən imanuha ləm təkun amənət min qəblu ov kəsəbət fi imaniha xeyrən.Və ənnəl-movtə həqqun və ənnə nakirən və nəkirən həqqun la reybə fiyha yovmə la yənfəu nəfsən imanuha ləm təkun amənət min qəblu ov kəsəbət fi imaniha xeyrən.Və ənnəl-movtə həqqun və ənnə nakirən və nəkirə həqqun.Və əşhədu ənnə-nəşrə həqqun vəl-bəsə həqqun və ənnəs-siratə həqqun vəl-mirsadə həqqun vəl-mizanə həqqun vəl-həşrə həqqun vəl-hisabə həqqun vəl-cənnətə vəl-narə həqqun vəl-vədə bihima həqqun.Ya mövlayə şəqiyə mən xaləfəkum və səidə mən ətaəkum,fəşhəd əla ma əşhədtukə əleyhi və ənə vəliyyun ləkə,bəriun min əduvikə.Fəl-həqqu ma rəziytumuhu vəl-batilu ma əsxəttumuhu vəl mərufu ma əmərtum bihi vəl-münkəru ma nəhəytum ənhu.Fə nəfsi muminətun billahi vəhdəhu la şərikə ləhu və bi rəsulihi və bi Əmiril-muminin və bikum ya mövlayə əvvəlikum və axirikum və nüsrəti muəddətun ləkum və məvəddəti xalisətun ləkum amin,amin !

Yasin (Peyğəmbər) ailəsinə salam olsun!

Salam olsun sənə,ey insanları Allah yoluna çağıran və ilahi nişanələr məzhəri !

Salam olsun sənə,ey Allahın (rəhmət) qapısı və onun dininin qoruyucusu !

Salam olsun sənə,ey Allahın xəlifəsi və dininin köməkçisi !

Salam olsun sənə,ey Allahın höccəti və insanları ilahi məqsədlərə tərəf yönəldən !

Salam olsun sənə,ey Allahın kitabının oxucusu və onun tərifçisi ! Gecənin və gündüzün bütün saatlarında sənə salam olsun ! Salam olsun sənə,ey Allahın yerdəki qaldığı höccəti !

Salam olsun sənə,Ey Allahın insanlardan aldığı möhkəm əhd-peyman !

Salam olsun sənə,ey Allahın insanlara zamin durduğu vədəsi ! (Allah vədə verib ki,səni yer üzünə göndərəcək və oranı ədalətlə dolduracaq).

Salam olsun sənə,ey Allahın ədalət bayrağı,elm hədiyyəsi,insanların pənahı və Allahın insanlara verdiyi rəhmət vədəsi ki,heç vaxt yalan olmaz.

Zühur edəcəyin,qeybdə olduğun,Allahın kitabını oxuduğun və təfsir etdiyin vaxtlarda sənə salam olsun !

Namaz qıldığın,razu-niyazın üçün qunut tutduğun,rüku və səcdə etdiyin vaxtlarda sənə salam olsun !

Allaha təkbir və təhlil (la ilahə illəllah) dediyin,ona tərif deyib öz günahlarının bağışlanmasını dilədiyin hallarda sənə salam olsun !

Sübh və şam vaxtlarında sənə salam olsun !

Qaranlıq gecə və işıqlı gündüzlərdə sənə salam olsun !

Salam olsun sənə,ey (hiylələrdən) qorunmuş İmam !

Salam olsun sənə,ey hamıdan üstün və hamının arzuladığı şəxs !

Salamın bütün növləriylə sənə salam olsun !

Ey mövlam ! Səni şahid edirəm ki,mən Allahdan başqa bir tanrının olmamasına,onun təkliyinə,Muhəmmədin onun qulu və elçisi,özü və ailəsinin isə Allahın tək dostları olmasına şəhadət verirəm.

Ey mövlam ! Yenə səni şahid tuturam ki,etiqadım budur : Əmirəl-möminin Əli,Həsən,Hüseyn,Əli ibn Hüseyn,Muhəmməd ibn Əli,Cəfər ibn Muhəmməd,Musa ibn Cəfər,Əli ibn Musa,Muhəmməd ibn Əli,Əli ibn Muhəmməd,Həsən ibn Əli Allahın höccəti və dəlilləridir.

Və şəhadət verirəm ki,səndə Allahın höccətisən.Sizlər (ruhların yaradılışında) əvvəl və (cismlərin ölməsində) axırsınız.Şəhadət verirəm ki,sizin (qiyamətdən qabaq) qayıtmağınız şəksizdir.O,elə bir gündür ki,əgər həmin gündən qabaq iman gətirməyibsə və yaxud imanında xeyir qazanmayıbsa,həmin gün iman gətirməyin heç bir faydası olmayacaq.Şəhadət verirəm ki,ölüm,nakir və nəkir, (qiyamət zamanı) ölülərin dirilməsi,qəbrlərdən qalxmaları, (sirat) körpüsü,pusqu yeri,tərəzi, (insanların) bir yerə yığışması,hesaba çəkilmələri,cənnət,cəhənnəm,hər ikisinə verilmiş vədə və təhdid haqdır.

Ey mövlam ! Sizinlədüşmən olan bədbəxt,tabe olan isə xoşbəxtdir.Elə isə,səni şahid tutduğum şeylərə şahid ol.Mən sənin dostunam,düşmənindən isə uzağam.Haqq-sizin razı qaldığınız,batil isə acığınız gəldiyidir.Məruf sizin əmr etdiyiniz,münkər isə sizin qadağan etdiyinizdir.Ruhum tək və şəriksiz olan Allaha,onun Peyğəmbərinə,Əmirəl-mömininə,ey mövlam,sizin ilk və sonuncunuza iman gətirmişdir.Köməyim sizin üçün hazır,məhəbbətim sizə səmimidir, Amin ! Amin !

Sonra bu duanı oxu :

Allahummə inni əsəlukə ən tusəliyyə əla Muhəmmədin nəbiyyi rəhmətikə və kəliməti nurikə və ən təmləə qəlbi nurəl-yəqini və sədri və nurəl-imani və fikri nurəl-niyyati və əzmi nurəl-elmi və qüvvəti nurəl-əməli və lisani nurəs-sidqi və dini nurəl-bəsairi min indikə və bəsəri nurəz-ziyai və səmi nurəl-hikməti və məvəddəti nurəl-muvalati li Muhəmmədin və Alihi əleyhimus-səlam hətta əlqakə.Və qəd vəfəytu bi əhdikə və misaqikə,fə tuğəşiyyəni rəhmətəkə ya vəliyyu,ya həmid.Allahummə səlli əla Muhəmmədin hüccətikə fi ərzikə və xəlifətikə fi biladikə vəd-dai ila səbilikə vəl-qaimi bi qistikə vəs-sairi bi əmrikə vəliyyil-muminin və bəvaril-kafirin və mücəlliliz-zülməti və muniril-həqqi vən-natiqi bil-hikməti vəs-sidqi və kəlimətikət tamməti fi ərzikəl-murtəqbili-xaifi vəl-vəliyyin-nasihi səfinətin nəcati və ələməl-huda və nuri əbsaril-vəra,xeyri mən təqəmməsə vərtəda və mücəllil-əma əlləzi yəmləul-ərzə ədlən və qistən kəma muliət zülmən və cəvrən.innəkə əla kulli şeyin qədir.Allahummə səlli əla vəliyyikə vəbni əvliyaikəl-ləzinə fərəztə taətəhum və əvcəbtə həqqəhum və əzhəbtə ənhumur-ricsə və təhhər-təhum təthirən.Allahummənsurhu vən-təsir bihi lidinik vənsur bihi əvliyaəkə və əvliyaəhu və şiətəhuvə ənsarəhu,vəcəlna minhum.Allahummə əizhu min şərri kulli bağin və tağin və min şərii cəmi xəlqikə vəhfəzhu min beyni yədəyhi və min xəlfihi və ən yəminihi və ən şimalihi vəhrushuvəmnəhu min ən yusilə ileyhi bin suin vəhfəz fihi rəsuləkə və alə rəsulikə və əzhirn bihil-ədlə və əyyidhu bin-nəsri vənsur nasiriyhi vəxzul xaziliyhi vəqsim qasimiyhi vəqsin bihi cəbabirətəl-kufi vəqtul bihil-kuffarə vəl-munafiqinə və cəmiəl-mülhidinə heysu kanu min məşariqil-ərzi və məğaribiha bərriha və bəhriha vəmlə bihil-ərzə ədlən və əzhir bihi dinə nəbiyyikə səlləllahu əleyhi və alih.Vəcəlni Allahummə min ənsarihi və əvanihi və ətbaihi və şiətihi və ərini fi Ali Muhəmmədin əleyhimussəlam ma yəməlunə və fi əduvvihim ma yəhzərunə ilahəl-həqqi,aminə ya zəl-cəlali vəl-ikram ya ərhəmər-rahimin !

Allahım ! Səndən istəyirəm ki,rəhmət Peyğəmbəri və özünün nur kəlmən olan Peyğəmbərə rəhmət göndər və sənə qovuşana qədər qəlbimi yəqin nuru,sinəmi iman nuru,fikrimi niyyətlər nuru,iradəmi elm nuru,qüvvəmi əməl nuru,dilimi doğru danışmaq nuru,dinimi öz tərəfindənolan bəsirətlər nuru,gözümün aydınlıq nuru,qulağımı hikmət nuru,məhəbbətimi Muhəmməd və onun ailə üzvlərinin sevgisinin nuru ilə doldur.(Bunları et ki,) sənə qovuşanda əhd-peymanına əməl edən şəxs kimi qovuşum və sən də məni öz rəhmətinə bürüyəsən,ey vəli,ey bəyənilən !

Allahım ! Özünün yer üzündəki hüccəti,məmləkətlərindəki xəlifən,sənin yoluna dəvət edən,ədalətinlə qiyam edən,fərmanınla inqilab edəcək,möminlərin dostu,kafirləri məhv edən,zülmətləri işıqlandıracaq,həqiqəti aydınlaşdıracaq,hikmətli və doğru danışan,yer üzündəki “bütöv kəlmə”n,gözləyən və (səndən) qorxan,xeyirxah başçı,nicat gəmisi,hidayət bayrağı,camaatın gözünün nuru,hakimiyyət köynəyini geyinənlərin ən yaxşısı,qaranlıq qəlbləri işıqlandıran,zülm və ədalətsizlikdə boğulan dünyanı yenidən ədalətlə dolduracaq Muhəmmədə (İmam Zaman (ə) mübarək adı) salam göndər.Həqiqətən sən,hər şeyə qadirsən !

Allahım ! Öz vəlin (İmam Zaman (ə) ) və övliyaların (imamların) oğluna salam göndər.Həmin övliyalar ki,onlara itaət etməyimizi lazım bilmiş,haqlarını vacib etmiş,bütün çirkinliklərdən uzaqlaşdırıb onları tam pak yaratmısan.

Allahım ! Ona yardımçı ol və onun vasitəsilə onun dininə kömək et.İmam Zaman (ə)-ın vasitəsilə həm öz dostlarına,həm də onun dostlarına,şiələrinə və köməkçilərinə yardım et və bizi də o dostlardan qərar ver.

Allahım ! Onu bütün təcavüzkar və həddini aşanların,bütün yaratdıqlarının şərindən qoru.Onu hər tərəfdən mühafizə et.Ona keşikçi ol və aman vermə ki,ona bir xətər yetişsin.Onun vasitəsilə Peyğəmbər və ailə üzvlərini qoru.Onunla öz ədalətini izhar et,qalibiyyət ilə köməkçisi ol.Köməkçilərinə sən də yardımçı ol,xar etmək istəyənlərini səndə xar et,sındırmaq istəyənlərini sındır.Onun vasitəsilə küfrlə boyun qaçıranları məğlub et,kafir və münafiqləri,yerin şərq və qərbində,suda və quruda yaşayan bütün dinsizləri məhv et.Onun vasitəsilə yer kürəsini ədalətlə doldur,Peyğəmbərinin (özünə və ailə üzvlərinə sənin salamın olsun) dinini izhar et.

Allahım ! Məni onun yavər və köməkçilərindən,ardıcıl və şiələrindən qərar ver.Mənə Muhəmməd ailəsi (salam olsun onlara) barəsində onların arzuladıqlarını,düşmənlərinin isə arzulamadıqlarını göstər,ey haqq olan Məbud (ibadət olunan).Amin,ey cəlal və kəramət sahibi,ey mehribanlıların mehribanlısı!

İmam Hadi (ə)-ın təvəllüdündən şəhadətinə qədər

İmam Hadi (ə) kimi tanınan Həzrət Əbul-Həsən Əli ibn Muhəmməd (ə) Mədinə şəhərinin yaxınlıöındakı Sirya adlı məntəqədə hicrətin 212-ci ili zil-həccə ayının ortasında dünyaya gəlmiş,254-cü ildə 42 yaşında Samirra şəhərində şəhadətə yetirilmişdir.Həzrətin imamət müddəti 33 il olmuşdur.Atası İmam Cavad (ə)-dan sonra onun imamlığını yekdilliklə qəbul etmişlər.Həmin vaxt o həzrətdən başqa heç kəs imaməti iddia etməmişdir.Abbasi xəlifəsi olan Mütəvəkkil ən müxtəlif hiylələrdən istifadə etmək istəyirdi,amma heç bir şəkildə buna müvəffəq olmadı.Həzrət Samirrada 11 ilə yaxın müddət qalandan sonra 254-cü il rəcəb ayının 3-də öz evində şəhadətə yetişdi və elə orada da dəfn olundu.

İmam (ə) övladları aşağıdakılardır :

Ondan sonra İmam olan Həsən ibn Əli (ə),Hüseyn,Muhəmməd,Cəfər-Kəzzab və Aişə adında bir qız.

Muhəmməd ibn Əli həmin Seyyid Muhəmməd kimi tanınan bir şəxsdir ki,Samirra ilə Kazimeyn arasında bir məntəqədə dəfn olunmuş,qəbrinin üstündə ziyarətgah və gümbəz vardır.

İmam Hadi (ə) səkkiz yaş beş aylıq olanda atasını itirdi.13 ilə yaxın Mədinədə qalandan sonra Mütəvəkkil onu Yəhya ibn Hərsəmənin vasitəsilə Mötəsim Vasiqin,Mütəvəkkilin,Müntəsirin,Müstəinin,Mutəzzin, hakimiyyət dövrlərini yaşamışdır.

Xəlifə Mutəzzin dövründə imamı zəhərləyib şəhadətə yetirdilər.Şeyx Səduq və bir sıra şəxslərin fikrinə əsasən,Mutəzzin qardaşı olan Mötəmid Abbasi Həzrəti zəhərlədi.Həzrətin son dəqiqələrində onun yanında oğlu İmam Həsən Əskəri (ə)-dan başqa heç kəs olmamışdır.O,atasına qüsl verdi,kəfənə bükdü və həzrətin ibadət etdiyi otaqda onu dəfn etdi.

Hamı-bəni-Haşim,Abbasi övladları,şiələr və tərəfdarları yığışıb İmam Həsən Əskəri (ə)-ı ziyarət etdilər və o,atasından sonra İmam kimi tanındı.