MƏŞHƏD ŞƏHƏRİNİN QISA TARİXÇƏSİ
MƏŞHƏD ŞƏHƏRİNİN QISA TARİXÇƏSİ
Məşhəd şəhərinin qısa tarixçəsi
“Məşhəd” sözü “şuhud”, “huzur” və “şəhadətgah” (şəhid olunan yer) mənasındadır, və “məşahid” məşhəd sözünün cəmidir. Məşhəd və məşahid sözləri hicri-qəməri təqvimi ilə üçüncü yüzillikdə imamların (ə), övliyaların və tanınmış şəxslərin məzarlarına aid edilirdi. Məsələn, o dövrdə belə deyilirdi: Morğabın Məşhədi (Fars əyalətində), Mihənənin Məşhədi (Əbu Səid Əbulxeyrin məzarı) və Tus Məşhədi, yaxud Rəzəvi Məşhəd (Xorasanda imam Rzanın (ə) turbəsi).
“Surətul-ərz” kitabının muəllifi ibn Həvqəl (367-ci h.q) yazır: “Əgər Tus da Nişapur vilayətinə aid olsa, o zaman onun şəhərləri Raykan, Təbəran və Noğandan (Toroğuz) ibarət olacaq. Əli ibn Musa ər-Rzanın (ə) qəbri Noğan şəhərinin yaxınlığında Sənabad kəndində yerləşir.”