Kazimeyn Ziyarəti

Kazimeyn Ziyarətgahının Tarixi

Kazimeyn şəhərinin yaşayış tarixi bir sıra siyasi,məzhəbi məsələlərə görə heç üç əsr də deyil.Bağdadın sakinləri yer darlığı,bahalıq və və iqtisadi problemlərə görə Kazimiyyəyə köçüb orada məskunlaşıblar.Bəzən da imamların aşiqləri ziyarətə gəlir,oranı özləri üçün daimi yaşayış yeri seçirdilər.Dəclə çayı Kazimiyyə və Əzəmiyyə şəhərlərinin arasında yerləşir və bu iki şəhəri bir-birindən ayırır.Uzaq keçmişdə bu iki şəhəri taxta körpü birləşdirirdi.

Kazimiyyənin yeri bataqlıqdır,sadəcə iki imamın,İmam Musa Kazim (ə) və İmam Muhəmməd Təqi (ə)-ın qəbrləri bu şəhərdə yerləşdiyi üçün oranın torpaqları qiymətə mindi.Hərəmlərə yaxın olan torpaqları qiymətli,sahilə yaxın olan ərazilər isə ucuzdurlar.Amma Əzəmiyyə şəhərində şəhərin quruluşu,yaşayış əlverişliyi və gözəl binalarının olmasına görə sahilə daha yaxın olan binaları daha qiymətlidir.

Əlbəttə,osmanlı dövlətinin vaxtında Əbdulqadir Gilaninin məqbərəsinin ətrafındakı torpaqlar daha qiymətli idi.

Şovnizi Bağdadın qədim qəbiristanlarından biridir.Hicri 150-ci ildə Mənsurun oğlu Cəfər vəfat etdikdə onu bu qəbirsitanlıqda basdırdılar.Mənsur oğlunun qəbirinin üstündə bəzəkli bir abidə ucaltdı.Nofəl qəbiləsinin böyüyü və bağdadın sayılıb-seçilən kişilərindən olmuş İsa ibn Əbdulllah Nofəlin də qəbri bu qəbiristanlıqdadır.İnsanlar bu qəbiristanın yavaş-yavaş əzəmət qazandığını gördükdə özləri üçün oradan qəbir yerləri aldılar.Hicrətin 183-cü ili rəcəb ayının 25-də İmam Musa Kazim (ə) şəhadətə yetdikdə onu bu qəbiristanlıqda Cəfər və İsa ibn Əbdullah Nofəlin məqbərələrinin yanında dəfn etdilər.İmamın qəbrinin orada olmasına görə həmin qəbiristanlığın adını dəyişdirib “Qureyş” qəbiristanlığı qoydular və o vaxtdan bu yana həmin adla tanınır.

198-ci ildə Xorasan qoşununun sərkərdəsi Tahir Zul-Yəmineynin göndərdiyi qüvvələrin əliylə öldürülən 6-cı Abbasi xəlifəsi Muhəmməd Əmin də bu qəbiristanlıqda basdırıldı.Harun ər-Rəşidin həyat yoldaşı və Əminin anası 214-cü ildə vəfat etdi və oğlunun yanında basdırıldı.Onların qəbri İmamın qəbrinin cənub-qərbibdə yerləşir.Buna görə də imamın baş tərəfində namaz qılmaq qadağandır,çünki,o şəxslərin qəbirləri namaz qılanın qabağında qərar tutur.Qəbirləri isə qiblə qərar vermək olmaz.

220-ci ildə İmam Muhəmməd Təqi (ə) şəhadətə yetişəndə İmamın həyat yoldaşı və Məmunun qızı olan Ümmi-Fəzl Həzrətin Qureyş qəbiristanlığında dəfn olunmasını istədi.Həzrəti İmam Musa Kazim (ə)-ın qəbrinin şimal-qərbində dəfn etdilər.Qəbir İmam Musa Kazim (ə)-ın qəbrinin arxa tərəfində qərbə meyilli bir yerdə yerləşir.İmam Təqi (ə)-ı o,qəbiristanlıqda dəfn edəndən sonra oranın adı “Qureyş” qəbirsitanlığından “Kazimeyn” qəbiristanlığına dəyişdi.Bəziləri adına “Cəvadeyn” (iki Cavad) dedilər,amma bu İslam ədəb və əxlaqına uyğun deyil.Ən yaxşısı oranın “Kazimeyn” kimi tanınmasıdır ki,elə belə də oldu.

Şiələrin iki müqəddəs imamının xatirinə yavaş-yavaş Kazimeynin əhalisinin sayı çoxaldı,İmam Kazim (ə) “Babul-həvaic” (ehtiyaclar qapısı) kimi tanındı.Çünki,şiələr özlərinin çox ehtiyaclarını imamdan istəyir,maddi və mənəvi problemlərin həllində ondan kömək alırlar.Elə buna görə də,şiələr imamların qəbirlərinin yanında evlər tikdilər və tezliklə bu şəhərin camaatının sayı artdı.

İbrahim ibn Musa Kazim (ə),onun oğlu Musa Əbu Səbhə,Əbul-Həsən Yəhya ibn Hüseyn ibn Zeyd ibn Səccad (ə)-ı hansı ki,207-ci ildə vəfat edib və Məmun ona namaz qılıb,İmamın yanında dəfn olunublar.

Bəni Abbasla Ələvilər arasında iztilaf düşdü.Ələvilər Abbas övladlarının Qureyş qəbirsitanlığında dəfn olunmasını istəmirdilər,onlar digər qəbiristanlıqda dəfn olunurdular.Şiələrin böyükləri Abbasilərin o qəbiristanlıqda dəfn olunmasını gördükdə şiələrin orada dəfn olunmasına rəğbət göstərmirdilər.

Tarixin bir dönəmində,454-cü ildə tatarların hücumu nəticəsində Kazimiyyə Bağdaddan ayrıldı,müstəqil şəhər oldu.hal-hazırda Kazimeyn hərəmləri şəhərin mərkəzində qərar tutub.

Ziyarətgahın dağılma tarixi

Hərəmin səhnə tərəf olan şimal hissəsində Səfəvi dövlətinin başçılarından olan Şah İsmayıl Səfəvinin düzəltdirdiyi 74 kərpic sütunu olan bir məscid yerləşir.Fərhad Mirzənin o kompleksi təmir etməsində,səhnin zinətləndirməsində böyük zəhməti olmuşdur.O,hərəmin yanındakı evləri satın alıb hərəmə birləşdirdi,oranın cənub və qərb tərəfini genişləndirdi.

Hərəm bir kompleks olasa da,tavan və günbəzləri ayrı-ayrıdır.Kompleksin cənub tərəfi isə İmam Cavad (ə)-məxsusdur.Qızıldan işlənmiş iki zərihin arasında Şah İsmayılın vaxtında bir metr məsafə vardı.Sonrakı padşahlar isə dəyişiklik aparıb qızılları götürdülər,amma cənab Səni onun qızıllarını təmir etdi.Üçüncü əsrə qədər hərəmin ciddi bir tikilişi və günbəzi yox idi.Amma həmin əsrdə yavaş-yavaş genişləndirildi.Sultan Muizzud-dövlə Əbul-hüseyn Əhməd ibn Buyə İraqda hakimiyyətə gələndən və Abbasi xəlifələrini özünə tabe edəndən sonra 334-cü ildə hərəmin sadə məqbərisini götürüb onun yerinə daha yaxşı bir məqbərə ucaltdı,imamın türbətinin üzərində gözəl bir zərih və bina qurdu.

Alu-Buyənin hakimiyyətə gəlmələri və İrana hakim olamları,həmçinin.Muizzid-dövlənin nüfuz qazanması bir sıra dəyişikliklər meydana gətirdi.O,şiələri müdafiə edirdi.336-cı ildə Şeyx Əbul-Qasim Cəfər ibn Muhəmməd İbn Qovləveyhi Qumdan Bağdada dəvət etdi.Rey hakimi Rüknüd-dövlədən Şeyxi Bağdada göndərmək üçün kömək istədi.Şeyx Kazimeyndə şiə dini elmlər akademiyası təsis edib,fəaliyyətə başladı və həmin elm ocağı onun yadigarıdır.

Şeyx Qummi Bağdad və İraqda şiə fiqhini (əhkamını) tədris edən ilk alim oldu.Şeyx Müfid və Şeyx Kəraçəki kimi alimlər yetişdirdi.İbn Qovləveyh (r.ə) 369-cu ildə vəfat etdi və hərəmin şərq tərəfində (Şeyx Müfidin yanında) dəfn olundu.Ondan sonra Şeyx Müfid şiələrə rəhbərlik etməyi öz üzərinə götürdü.Bu işi onun şagirdləri olmuş Seyyid Mürtəza və Seyyid Rəzi davam etdirdilər.Muizzud-dövlə 354-cü ildə vəfat etdi və ibn Qovləveyh ona cənazə namazı qıldı.

Məşhur tarixçi ibn Əsir öz kitabının 9-cu cildində yazır : “443-cü ildə şiə və sünnilər arasında münaqişə düşdü və nəticədə sünnilər hər iki ziyarətgaha hücum edib hər şeyi yandırdılar,yağmaladılar.Amma Malik Rəhim 450-ci ildə hərəmləri yenidən bərpa etdi.”

406-cı ildə Seyyid Rəzi vəfat etdi.Məşhur fikrə əsasən o,özünün Kazimeyndəki evində basdırılıb.Zəif bir fikir də var ki,o,Kərbəlada dəfn edilib.Seyyid Rəzi qardaşı Seyyid Mürtəzadan yaşca kiçik olsa da,amma əzəmətdə qardaşından irəlidə idi.Onun gözəl şer təbi varmış.Seyyid mürtəza da 436-cı ildə vəfat etdi və onu Kazimeyndə öz evində dəfn etdilər.Bəziləri onun Kərbəlada dəfn olunduğunu söyləyir,amma bu,az ehtimal olunur.Seyyid Mürtəza 80 ildən çox ömür sürdü,30 ilini şiələrə rəhbərlik etdi.80 cild kitab yazıb.Şeyx Müfuid (r.ə) özünün “Əhkamun-nisa” əsərini onun anasının xatirinə yazdı.

Hərəmə başqa bir hücum

Hicrətin 443-cü ili səfər ayında nanəciblər yenidən iki İmamın hərəminə hücum çəkib yandırdılar,tarac etdilər.Şeyx Müfid,ibn Qovləveyh,Muhəmməd Əmin,Zubeydə,Cəfər ibn Mənsur və başqalarının qəbirləri yandırıldı.Bəzi qəbirləri yarıb sümükləri yandırdılar və küllərini göyə sovurdular.Məşhur Əhli-beyt (s.ə) şairi Əbu Muhəmməd Təlhənin cəsədini yandırdılar.O,vəhşilər hərəmləri xaraba qoysalarda,əlləri iki imamın pak cəsədlərinə yetişmədi.

Düşmənlər bir sıra rəqqasə qadınları hərəmləri təhqir etməyə təhrik edirdilər.Səbaysəri kimi tanınan Əbu Haris Seyyid Mürtəzanın müridlərindən idi.O,Ənbarın hakimi olandan sonra yardım etdi,hərəmlər yenidən quruldu.

446-cı ildə Dəclə çayı daşdı və Bağdadı su basdı.Hətta hərəmlər də su altında qaldı.569-cu ildə yeni bir tufan baş verdi.573-cü ildə baş verən zəlzələ və tufan da böyük dağıntılara səbəb oldu.575-ci ildə Nasir hakimiyyətə gəldi və hərəmləri düzəltməyə başladı.Həmçinin Samirra şəhərində iki imamın da qəbrini düzəltdi.608-ci ildə Abbasi xəlifəsi olan Nasir hücrə və mədrəsələr tikdirdi.onun zamanında hərəm yandıqda oğlu Müstəcirə hərəmi təmir etməyi tapşırdı.Hər iki imamın qəbri üçün sandıq düzəltdi və bu 624-cü ildə tamamlandı.

656-cı ildə Hülakü xan hücuma keçərək Bağdad və hərəmi xaraba etdi.Hərəm yandırıldı.Amma sonra Bağdad hökmdarı Əlamud-din tərəfindən yenidən təmir edildi.O,681-ci ildə vəfat etdi və Xacə Nəsrəddin Tusi ona cənazə namazı qıldı və Kazimiyyədə dəfn edildi.Bağdad vəziri olan Həsən paşa 1111-ci ildə,Qacarların ilk padşahı olan Məhəmməd şah Qacar isə 1211-ci ildə Kazimeyn hərəmlərini təmir etdirdilər.1231-ci ildə Fətəli şah Qacar hərəmlərə güzgü yapışdırdı.

Bütün bu tikmə və bəzəmə işlərini İran ustaları həyata keçirtdi.Kazimeyndəki hərəmlərin günbəzlərinin qızıla tutulmasını ilk dəfə Şah İsmayıl Xətai həyata keçirtmiş,sonra isə şah Təhmasib,şah Abbas və başqaları bu işi davam etdirmişlər.1283-cü ildə Nəsrəddin şah gümüşdən zərih düzəldilməsini əmr etdi.